Bakı 34˚C Sunny

Koronavirusa görə bəşəriyyət neçə ilini itirdi?

Gündəm 21:33 04 noy, 2021

Araşdırmada Böyük Britaniya, ABŞ, Rusiya və Almaniyadan olan alimlər iştirak ediblər.

Koronavirusa görə bəşəriyyət neçə ilini itirdi?

Alimlər bəşəriyyətin koronavirus pandemiyası səbəbindən artıq neçə il itirdiyini müəyyən edə biliblər.

“Qazet.az” xəbər verir ki, bu mövzuda elmi məqalə BMG jurnalında dərc olunub. Əldə edilən məlumatlara görə, təkcə 2020-ci ildə pandemiyaya görə insanlar ümumilikdə təxminən 28 milyon il “yaşaya bilməyiblər”.

“Üstəlik, bu rəqəm kişilərdə qadınlara nisbətən daha yüksəkdir. 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar itirilən ömür illərinin sayı 2015-ci ildə mövsümi qrip epidemiyası nəticəsində itirilən illərin sayından 5 dəfədən çoxdur” - araşdırmada qeyd edilir.

Statistik məlumatlar dünyanın 31 ölkəsində gözlənilən ömür uzunluğunun azalması və gözlənilən ölüm göstəricilərinin əlaqələndirilməsi yolu ilə əldə edilib.

Araşdırmada Böyük Britaniya, ABŞ, Rusiya və Almaniyadan olan alimlər iştirak ediblər.