Bakı 9˚C Intermittent clouds

Koronavirusa ildə neçə dəfə yoluxmaq olar? - Həkim açıqlaması

Cəmiyyət 09:21 15 sen, 2021

Bir dəfə yoluxmaq bizi xilas etmir

Koronavirusa ildə neçə dəfə yoluxmaq olar? - <span style="color:red">Həkim açıqlaması</span>

Bu il yoluxanlar arasında keçən il virusa yoluxanlar da oldu. Hətta 1 il əvvəl yoluxub, 2 doza vaksin olunanlar arasında da xəstələnənlər az olmadı.

Qazet.az Medicina.az-a istinadən bildirir ki, rusiyalı həkim Boris Çuradze bundan sonra koronavirusa neçə dəfə yoluxmağın mümkünlüyünü açıqlayıb.

"Təcrübəmizdə hətta yoluxub sağaldıqdan 3 ay sonra yenidən yoluxan adamlar olub. Çox nadir halda insan il ərzində 3-4-5 dəfə koronavirusa yoluxub, keçirib, lakin bu az halda olur. Ən çox rast gəlinən ildə 2 dəfə yoluxma halları idi. Bu, virusun mutasiyaya uğraması və fərqli ştammlarla izah olunur. Çox halda təkrar yoluxma daha yüngül keçir, lakin əgər gələcəkdə daha güclü mutasiya olarsa, ikinci yoluxma ağır keçə bilər.

Eyni ştamla yoluxduqda ikinci, üçüncü dəfə daha yüngül gedişat olur, bəzən xəstə test verməsə bilmir. Təcrübədə birinci dəfə yüngül keçirən, ikincidə xəstəxanaya düşən xəstələr olub.

Populyasion immunitet formalaşandan və vaksinasiya çoxalandan sonra xəstələnmə gedişatı yüngülləşəcək, yoluxma sayı azalacaq. Aybaay, ildən-ilə kütləvi populyasion immunitet artacaq.

Artıq növbəti ildə koronavirusun cəmiyyət üçün faciəvi olmayacağını görəcəyik. Bu infeksiyadan ölüm azalacaq, yoluxmalar yüngül keçəcək. Pandemiya davam edərsə, orta statistik olaraq, bir insanın ildə 2 dəfə yoluxması mümkündür".