Koronavirusa qarşı peyvəndin əlavə faydası da varmış?!
Koronavirusa qarşı peyvəndin əlavə faydası da varmış
ABŞ tədqiqatçıları koronavirusa qarşı peyvənd edilən insanların gələcəkdə daha az stress yaşadıqlarını və onların psixi vəziyyətlərinin yaxşılaşdığını iddia edirlər.
Qazet.az xəbər verir ki, bu barədə "PLOS ONE" jurnalında dərc olunmuş məqalədə deyilir.
Cənubi Kaliforniya Universiteti mütəxəssisləri 2020-ci ilin martından 2021-ci ilin mart ayına qədər pasiyentlərdən hər iki həftədə bir dəfə pandemiya zamanı öz ruhi vəziyyətlərini qiymətləndirmək üçün anketləri doldurmağı xahiş ediblər. Ümumilikdə tədqiqatda səkkiz mindən çox insan iştirak edib.
Nəticədə, dərmanın ən az bir dozasını alan respondentlərdə güclü neqativ duyğuların yaranma ehtimalının 15%-dən az olması məlum olub. Qadınlarda isə bu göstəricilər kişilərə nisbətən bir qədər yüksək olub.
Qeyd edək ki, bu yaxınlarda tədqiqatçılar kişilərin və qadınların koronavirus pandemiyası nəticəsində müxtəlif şəkildə stresə məruz qaldıqlarını bildiriblər.