Bakı 3˚C Dreary

Koronavirusa yoluxan Xalq artisti başqa xəstəxanaya köçürülüb

Maraqlı 12:02 13 dek, 2021

Koronavirusa yoluxan Azərbaycanın tanınmış diktoru başqa xəstəxanaya köçürülüb

Koronavirusa yoluxan Xalq artisti başqa xəstəxanaya köçürülüb

Koronavirusa yoluxan Azərbaycanın tanınmış diktoru, Xalq artisti Eldost Bayram başqa xəstəxanaya köçürülüb.

Qazet.az xəbər verir ki, bu barədə mediaya sənətçinin həyat yoldaşı Minarə Bayram məlumat verib.

O qeyd edib ki, 74 yaşlı Xalq artisti Zığ qəsəbəsindəki modul tipli xəstəxanadan dekabrın 9-da sağalma diaqnozu ilə çıxıb. Amma özünü yaxşı hiss etmədiyinə görə yenidən Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: "Həkimlərlə səhər danışmışam, vəziyyətinin sabit olduğunu, müalicə aldığını deyirlər. Bir aydan çoxdur üzünü görmürəm, görsəm, bilərdim ki, necədir. Artıq neçə gündür səsini də eşitmirəm".

Qeyd edək ki, E.Bayram koronavirusa yoluxduğu üçüm noyabrın 30-da Zığ qəsəbəsindəki modul tipli xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, bir müddətdən sonra sağalaraq palataya köçürülmüşdü.

Mənbə