Bakı 0˚C Cloudy

Koronavirusdan qorunmağın yolu... - Həkim

Cəmiyyət 19:56 27 yan, 2022

 Azərbaycanda gündəlik yoluxma sayı ciddi rəqəmlərə çatıb və həmin insanların sayı 3 mini keçir

Koronavirusdan qorunmağın yolu... - Həkim

"Virusun "omikron" ştamı getdikcə yayılmağa başlayır. Azərbaycanda gündəlik yoluxma sayı ciddi rəqəmlərə çatıb və həmin insanların sayı 3 mini keçir". 

Qazet.az xəbər verir ki, bu fikirləri Publika.az-a açıqlamasında həkim-infeksionist Vasif Əliyev deyib.

Həkim əlavə edib ki, bu xəstəlikdən qorunmağın yolu peyvənd olunmaqdır: "Buster doza ona görə vurulur ki, daha əvvəl vurulan peyvəndlərdə artıq qoruyuculuq azalıb. Ona görə mütəmadi olaraq qoruyuculuğu saxlamaq üçün mütləq buster doza vurdurmaq lazımdır. Buster doza vurduran insan bu xəstəliyə yoluxmayacaq anlamına gəlmir, sadəcə onu vurduran insan bu xəstəliyi daha yüngül formada, ən azından xəstəxanada yatış ehtiyacı olmadan keçirəcək".