Bakı 15˚C Sunny

Koronavirusla meymunçiçəyinə eyni anda yoluxmaq mümkündür?

Gündəm 18:04 04 iyl, 2022

İnfeksionist  açıqlamasında bildirib

Koronavirusla meymunçiçəyinə eyni anda yoluxmaq mümkündür?

Dünya hazırda iki infeksion xəstəliklə mübarizə aparır. Koronavirus pandemiyası bitməmiş meymunçiçəyi xəstəliyi yayılıb. Həm də son günlər koronavirusa yoluxma hallarında xeyli artım müşahidə olunur.

Maraqlıdır, bir şəxs eyni anda hər iki virusa yoluxa bilərmi? 
Qazet.az xəbər verir ki, bu barədə İnfeksionist Nicat Əzimli bildirib ki, hər iki virusa eyni anda yoluxma halı mümkündür: “Meymunçiçəyi və koronavirus ayrı-ayrılıqda virus xəstəlikləridir. Bu viruslara bir adam eyni anda yoluxa da bilər və ya birinə yoluxub, sonradan digərini tuta bilər”.

İnfeksionistin sözlərinə görə, bu hallara hələ ki, rast gəlinib-gəlinməməsi ilə bağlı geniş informasiya yoxdur: “Amma təbii ki, bu halların baş verməsi ehtimalı mümkündür. Çünki biz bunu digər infeksion xəstəliklərdə müşahidə etmişik”.


Qaynaq