Koronavirusu məhv edən metal hazırlanıb
Bu barədə xarici media məlumat yayıb
Honq-Konq Universitetinin alimləri öz səthində koronavirusu məhv etməyi bacaran metal hazırlayıblar.
Qazet.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildirilir ki, bu, dünyada belə bir qeyri-adi xüsusiyyətlərə malik ilk paslanmayan poladdır. Layihə rəhbəri, professor Huanq Minqxinin sözlərinə görə, alimlər poladın kimyəvi tərkibini və mikro strukturunu tənzimləməklə səthin “antiviral” xüsusiyyətlərinə nail ola biliblər.
Qeyd edilir ki, paslanmayan poladlar ictimai yerlərdə geniş istifadə olunur. Lakin onlar antibakterial xüsusiyyətlərə malik deyillər. Üstəlik, üç gündən sonra belə bu metalların səthində koronavirusun izləri tapıla bilər.
-Bu isə ictimai infrastrukturdan fəal istifadə edən insanlar arasında virusun yayılması üçün böyük risk yaradır, - alimlər qeyd edirlər.
Minqxin yeni poladın artıq kütləvi istehsal oluna biləcəyini də söyləyib. "Antibakterial" polad insanların ən çox toxunduğu bəzi əşyaları-oturacaq, əltutulanlar və s. əvəz edə bilər.