Bakı 12˚C Cloudy

Koronavirusun yeni ştamı peyvəndlərə davamlı olsa da... - XƏBƏRDARLIQ

Cəmiyyət 06:47 21 okt, 2022
Koronavirusun yeni ştamı peyvəndlərə davamlı olsa da... - XƏBƏRDARLIQ

Alimlər ilk dəfə avqust ayında Hindistanda aşkar edilən və Covid-19-un XBB adlandırılan ştamının bütün dünyada sürətlə yayıldığını açıqlayıb.

Qazet.az xəbər verir ki, XBB ştamı Sinqapurda 2 həftə ərzində yoluxma hallarının ikiqat artmasına səbəb olub. Sinqapur alimləri XBB-nin əvvəllər dominant olan “BA.5” Omicron ştamından 30 faiz daha yumşaq olduğunu təxmin edirlər.

ABŞ, Avstraliya, Hindistan və Böyük Britaniya da daxil olmaqla, indiyədək 17 ölkədə XBB infeksiyasının aşkar edildiyi açıqlanıb. Con Hopkins Universitetinin professoru Dr. Ameş Adalja bildirib ki, bu ştam peyvəndlərə davamlı olsa da, öldürücü xüsusiyyəti hələ aşkar olunmayıb.

Alimlər xəbərdarlıq edib ki, bir çox ölkədə Covid-19 dalğası XBB-nin təsiri ilə noyabrın ortalarında zirvəyə çata bilər.