Koronavirusun yeni ştamı sürətlə yayılır - SOS
Gündəm
09:47 05 yan, 2023
Koronavirusun yeni forması dünyada narahatlığa səbəb olub.
Onun mutasiyaya uğramış forması -"Omikron XBB.1.5" ştamı pandemiyanın yeni dalğasının yayılması təhlükəsini yarada bilər.
Qazet.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Maria van Kerkhove bildirib. Onun sözlərinə görə, yeni ştam artıq 29 ölkədə tapılıb.
"Biz onun, xüsusən Avropanın bəzi hissələrində və ABŞ-ın şimal-şərqində artım tempindən narahatıq. Burada yeni ştam sürətlə digər dövriyyədə olan alt-variantları əvəz edib”- deyə ekspert bildirib.
O qeyd edib ki, ÜST yeni ştamı təhlil edir və yekun nəticə ictimaiyyətə açıqlanacaq.