Bakı 3˚C Dreary

"Körpənin ürək qüsurlarının ana bətnində müalicəsi mümkündür" - Kardioloq

Eksklüziv 17:40 08 dek, 2022
"Körpənin ürək qüsurlarının ana bətnində müalicəsi mümkündür" - Kardioloq

"Liv Bona Dea Hospitalı"nda "Uşaq ürək mərkəzi"nin təqdimat mərasimi keçirilib. 

Qazet.az xəbər verir ki, tədbirdən sonra uşaq kardioloqu, Uzman Dr. Bəhruz Əliyev  jurnalistlərin suallarını cavablandırıb.

O, tədbirin mahiyyəti haqqında danışıb:

"Ürək qüsurlarının ana bətnində müalicəsi mümkündür. Bu diaqnozu ana bətnində qoymaq daha çox arzuolunandır.  Ürək ritmi problemləri olan uşaqların müalicəsini ana bətnindəcə başlayırıq. Bu xəstələrin bəziləri doğulduqdan dərhal sonra müdaxiləyə, digər bir qisminin isə müəyyən müddət sonra ciddi müalicələrə ehtiyacı olur. Ürək qüsurları fərqli olduğu üçün yanaşma forması da müxtəlifdir.  Erkən diaqnozu qoyulan ürək qüsurlarının nəzarət altında saxlanılması müsbət nəticə əldə etmək baxımından çox önəmlidir. Ana bətnində olan uşaqlar genokoloqlar tərəfindən nəzarət altında saxlanılır, qüsurları təhlil olunur. Ürək qüsuru olduğu zaman ixtisaslaşmış həkimlər tərəfindən diaqnostika həyata keçirilir. Daha erkən hamiləlik həftələrində ürək qüsurlarının diaqnostikası mümkündür. 18-ci həftədən etibarən ürək qüsuru dəqiqliklə diaqnoz qoyula bilir. Ancaq bundan öncə ürək qüsuru şübhəsi aşkarlana bilər".