Bakı 3˚C Showers

Körpünün partladılmasına görə saxlanılanlar arasında ermənilər də var

Gündəm 10:39 12 okt, 2022
Körpünün partladılmasına görə saxlanılanlar arasında ermənilər də var

Krım körpüsünün partladılması ilə bağlı başladılan cinayət işi üzrə Rusiyanın 5, Ukraynanın 3, Ermənistanın isə 1 vətəndaşı saxlanılıb.

Qazet.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzindən bildirilib.

Məlumatda partlayışın Ukrayna hərbi kəşfiyyatının başçısı Kiril Budanovun təşkil etdiyi iddia olunub və hadisənin törədilməsində 12 nəfərin iştirakı bildirilib.

Qeyd olunub ki, partlayışla bağlı istintintaq davam etdirilir. Bildirilib ki, partlayışı törədənlər, hadisənin törədilməsində iştirakçı olanlar, o cümlədən bu hadisə ilə əlaqəsi olan xarici ölkə vətəndaşları Rusiya qanunvericiyilinə uyğun olaraq məsuliyyətə cəlb olunacaq.

Mərkəzdən bildirilib ki, Krım körpüsünə partlayıcı Ukraynanın Odessa vilayətinə Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.

Qeyd edək ki, oktyabrın 8-də Rusiyanın ilhaq etdiyi Krım yarımadası ilə Rusiyanı birləşdirən körpüdə partlayış törədilib. Hadisə nəticəsində 4 nəfər ölüb. Rusiya Prezidenti Vladimir Putin bunu “terror aktı” adlandırıb. Rəsmi Kiyev isə partlayışın törədilməsində əli olmadığını bildirib.