Bakı 7˚C Mostly cloudy

Korrupsiyaya görə şirkət rəhbəri həbs edildi

Siyasət 15:55 13 dek, 2022
Korrupsiyaya görə şirkət rəhbəri həbs edildi

Kriptovalyuta birjası FTX-nin qurucusu Sam Bankman-Frid həbs olunub.

Qazet.az xəbər verir ki, şirkət rəhbəri Baham adalarında saxlanılıb.

Ölkə prokurorluğu bildirib ki, 30 yaşlı Bankman-Frid ABŞ və Baham adalarında qanunlara zidd olan "maliyyə pozuntularına" görə həbs edilib.

Keçən ay məhkəməyə verilən məlumatlara görə, FTX-nin 50 ən böyük kreditoruna təxminən 3,1 milyard dollar (2,5 milyard funt sterlinq) borcu olub.