Bakı 22˚C Windy

Kosovoda insident - Serblər yenidən yolu bağladı

Hadisə 03:53 07 yan, 2023
Kosovoda insident - Serblər yenidən yolu bağladı

Kosovonun cənubundakı Qotovuş kəndinin serb əsilli sakinləri ərazidə baş verən silahlı insidentdən sonra yolu bağlayıblar.

Qazet.az xəbər verir ki, bu barədə "Pink TV" məlumat yayıb.

Bildirilir ki, silahlı insident nəticəsində 21 yaşlı gənc və 11 yaşlı oğlan yaralanıb. Atəş açan 33 yaşlı şəxs saxlanılıb. Yaralıların serb, atəş açan şəxsin etnik alban olduğu deyilir.

Hücum edən şəxs hərəkətdə olan avtomobildən kənd sakinlərinə atəş açıb. Bu zaman 21 yaşlı oğlan qolundan yaralanıb, yeniyetmə oğlan isə çiynindən güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Hadisədən dərhal sonra yerli serblər etiraz əlaməti olaraq Strpce və Uroşevac arasındakı yolu bağlayıblar.