Bakı 16˚C Windy

Kral III Çarlz xalqa ilk televiziya müraciətini edib

Xəbərlər 22:39 09 sen, 2022
Kral III Çarlz xalqa ilk televiziya müraciətini edib

Böyük Britaniya kralı III Çarlz xalqa ilk televiziya müraciətini edib.

Qazet.az TASS-a istinadən xəbər verir ki, o, müraciətində britaniyalılara sədaqət, hörmət və sevgi ilə xidmət edəcəyinə söz verib.

Kral bildirib ki, II Elizabetin ölümünə baxmayaraq, monarxiyanın dəyərləri sarsılmaz olaraq qalacaq. O, həmçinin ölkənin konstitusiya prinsiplərini qoruyacağını deyib.