Kraliça Elizabetin atları satışa çıxarılır - FOTO

Kraliça II Elizabetin ölümündən sonra taxt-taca oturan Kraliça II Elizabetin oğlu Kral III Çarlz anasının atlarından bəzilərini satışa çıxarıb.
Qazet.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, İngiltərənin Nyumarket şəhərindəki Kraliçaya aid 14 damazlıq atın satılacağını açıqlanıb.
Tattersall sözçüsü Cimmi Corc, Kraliçanın keçmişdə öz damazlıq atlarını da satdığını qeyd edib.
Kraliçanın atlarının satışının kral ailəsinin at yarışları ilə əlaqəsini kəsdiyi anlamına gəlmədiyini qeyd edən Corc, “Sahiblər hər il öz atlarını satırlar. Əlahəzrət hər at sahibinin etdiyini edir”- deyə, qeyd edib.
Satışa çıxarılan atlardan "Just Fine" 100-dən çox yarışda qalib gəlib.
Kraliça II Elizabet at yarışı həvəskarı olmaqla yanaşı, həm çapar, həm də yarış atlarının yetişdiricisi idi. Sendringemdakı yarış atı yetişdirmə mərkəzi Kraliça tərəfindən atası Kral VI Corcdan miras qalmışdır.
Qeyd edək ki, 70 ildən artıq taxtda oturan Kraliça II Elizabet oktyabrın 8-də vəfat etdi və yerinə oğlu Uels şahzadəsi Çarlz keçdi.