Bakı 23˚C Partly sunny w/ showers

Kraliça II Elizabetin cənazəsi Edinburqa aparılır - VİDEO

Xəbərlər 16:23 11 sen, 2022
Kraliça II Elizabetin cənazəsi Edinburqa aparılır - VİDEO

İngiltərədə həyatını itirən Kraliça II Elizabetin cənazəsini daşıyan kortej bu gün Şotlandiyanın Balmoral qəsrindən yola düşüb.

Avtomobil karvanı günorta saatlarında qəsrdən ayrılıb.

Kraliça ilə vidalaşmaq istəyən minlərlə insan yolun kənarında karvanı izləyib.

II Elizabetin cənazəsi axşam saatlarında Şotlandiyanın paytaxtı Edinburqa çatacaq.

Kraliçanın dəfn mərasimi sentyabrın 19-da Vestminsterdə keçiriləcək.

 

Mənbə: Haber Global