Bakı 32˚C Partly sunny

Kraliçanın avtomobili satışa çıxarılır

Gündəm 22:27 18 dek, 2022

Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin istifadə etdiyi birinci nəsil "Land Rover" avtomobili hərraca çıxarılacaq.
 

Qazet.az xəbər verir ki, maşın fevral ayında Silverstone hərrac evində satışa təqdim olunacaq.

Qeyd edək ki, yolsuzluq avtomobili 1953-cü ilin sonlarında istehsal edilib.

Kraliça avtomobilin kral ailəsinin nümayəndələri tərəfindən istifadə edildiyi Balmoral mülkünə göndərilməsini əmr etmişdi.

Onu da bildirək ki, avtomibilin 100-150 min funt-sterlinqə satışa çıxarılması planlaşdırılır.