Bakı 7˚C Showers

Kraliçanın dəfnində kimlər iştirak edəcək? - ARAŞDIRMA

Siyasət 16:20 12 sen, 2022
Kraliçanın dəfnində kimlər iştirak edəcək? - ARAŞDIRMA

Kraliça II Elizabetin dəfni 19 sentyabr saat 11:00-da Vestminister Xiyabanında keçiriləcək. 

Qazet.az xəbər verir ki, 70 il hakimiyyətdə qalmış Elizabetin dəfni dünya siyasətində nadir hadisələrdən biri olaraq tarixi keçəcəyi deyilir. 

2000-ə qədər insanın iştirak edəcəyi gözlənilən dəfn mərasimində əsasən dünya liderləri, siyasətçilər, ictimai fiqurlar və kraliçanın qohumları yer alacaqlar. 

Kraliça Elizabetin dörd övladı - Çarlz, Edvard, Kamilla və Konsort, həmçinin Elizabetin nəvələri şəhzadə Vilyam və Harri, Peter Filips, Zara Tindall, Şəhzadə Beatris, şəhzadə Ocin, Xanım Luiz Vindsor və Ceyms mütləq şəkildə mərasimdə iştirak edəcək.  (Sky News) 

Digər ölkələrdən olan monarxlar arasında İspaniya, Niderland, Monako, İsveç, Danimarka, Belçika və Yunanıstan liderlərinin dəfn mərasimi üçün Londona gələcək. 

ABŞ Prezidenti Co Bayden və xanımı Cil Bayden dəfn mərasimində olacağı təsdiqlənib. Bununla yanaşı, keçmiş prezidentlər Donald Tramp və Barak Obamanın da ailəsi ilə birlikdə dəfndə yer alacağı ehtimal olunur. 

Avropa Liderlərindən Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayer və İtaliya Prezidenti Sercio Matarellanın dəfn mərasiminə gələcək. 

Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen də tədbirə gələcəyini bildirib. 

Dünya liderlərindən Yeni Zellandiyanın Baş Naziri Yasinda Ardern, Avstraliyanın Baş Naziri Antoni Albaniz, Cənubi Koreya Prezidenti Yun Sok-Yol, Braziliya Prezidenti Jair Bolsonaru da dəfn üçün Böyük Britaniyaya gələcəklərini bildiriblər. 

Yaponiya mediası bildirib ki, İmperator Naruhito da tədbirdə iştirak edəcək. 

Hazırki vəziyyətə əsasən, tədbirdə iştirak etməyəcək şəxslər arasında təkcə Rusiya Prezidenti Vladimir Putinin adı var.