Kraliçanın dəfninə görə 100-dən çox aviareys təxirə salındı
Xəbərlər
21:27 18 sen, 2022
Londonun "Hitrou" hava limanında kraliça II Elizabetinin dəfn günü ilə bağlı 100-dən çox reys təxirə salınıb.
"Qazet.az" "Qazeta.ru"ya istinadən xəbər verir ki, qərarda məqsəd vida mərasimi zamanı təyyarə səs-küyünü minimuma endirməkdir.
Təxirə salınan aviareyslər 19 sentyabr tarixində "Hitrou" hava limanından uçuşa hazırlaşan və ya eniş edən uçuşların 15%-dir. Daha çox təxirə salınan aviareyslər "British Airways" şirkətinə məxsusdur.
Qeyd edək ki, II Elizabetin dəfn mərasimi sabah yerli vaxtla saat 11:00-da keçiriləcək.