Bakı 9˚C Mostly sunny

Kraliçanın ölümü və banknotlarda dəyişiklik

Cəmiyyət 12:10 09 sen, 2022
Kraliçanın ölümü və banknotlarda dəyişiklik

Sentyabrın 8-i Kraliça II Elizabetin vəfatı ilə əlaqədar ölkədə bəzi qurumlar hadisədən kədərləndiyini ifadə edib.

Qazet.az xəbər verir ki, krallıqda insanların kədər içində Bukingem sarayını güllərlə ziyarət etməsi fotolarda öz əksini tapıb.

70 illik hakimiyyətdən sonra ölümü ilə öz yerini Kral III Çarlza verən Elizabet öz dövrünün böyük söz sahibi hesab olunurdu.

Ölkədə istehsal olunan pulların, poçt markalarının, möhürlərin üzərində kraliçanın şəkli və ya adına mütləq şəkildə rast gəlinirdi.

Bəs, III Çarlz hakimiyyətə gəldikdən sonra yeni kralın şəkillərinin qeyd olunanların üzərində yer alması gözlənilir?

Krallıq Xəzinəsi bildirib ki, 29 milyarda qədər kəsilən kraliçanın şəkli olan qəpik pullarda bir dəyişiklik olmayacaq. Kral III Çarlzın şəkillərinin pullar üzərində olması gözlənilmir. Həmçinin banknotların da üzərində dəyişiklik olunmayacaq.  (BBC)

Poçt qutularının və poçt markalarında isə dəyişiklik olacaq. Krallıq Poçtu bildirib ki, poçt möhürlərinin, məktubların və yüklərin üzərindən Kraliça II Elizabetin şəkli tezliklə götürüləcək. Onun III Çarlzla əvəz olunacağı tarix məlum deyil, həmçinin yeni dizayn barəsində də düşünüldüyü bildirilib.

Böyük Britaniyada istehsal olunan bəzi məhsulların üzərində “Əlahəzrətlərinin təyinatı ilə” sözləri yer alır. Kraliçanın ölümü ilə bu məhsulların da istehsalına son verilir, satışı dayandırılır. Yeni məhsulların III Çarlzın sifarişi ilə satışa çıxarılacağı bildirilib.

Pasportların da üzərində dəyişiklik ediləcək. Xarici pasportlar üzərində yer alan Kraliça sözü, Kral sözü ilə əvəz olunacaq. Bu pasportlar yenilənənə qədər hazırki xarici passportların istifadəyə yararlı olaraq qalacağı deyilir.

Vəkillərin təyin olunduğu Kraliça məsləhətxanası isə Kral məsləhətxanası adlandırılacaq.

Kraliçanın ölümü və banknotlarda dəyişiklik