Kralın əmlak imperiyası - 7 saray, 10 qəsr, 12 ev, 56 istirahət kotteci

Nüfuzlu biznes jurnalı “Forbes” İngiltərə kralı III Çarlzın idarə etdiyi mülklərin siyahısını işıqlandırıb.
Qazet.az-ın xarici mətbuata istinadla xəbərinə görə, Kral taxta çıxanda 42 milyard dollarlıq daşınmaz əmlak imperiyasına da nəzarəti ələ keçirib. Onun rəsmi iqamətgahı, 49 milyard dollar dəyərində olan Bukingem Sarayının əvəzinə Londondakı 72 milyon dollarlıq iqamətgahı Clarence House-da qalacaq. Çünki sarayda təmir işləri yalnız beş ildən sonra başa çatacaq.
O, 7 saray, 10 qəsr, 12 ev, 56 istirahət kotteci və 14 qədim xarabalığa istənilən vaxt yerləşə bilər, lakin onların əksəriyyəti birbaşa Krala məxsus deyil.
Kral Çarlz 39 milyon dollar dəyərində olan Highgrove iqamətgahında qalsa, oğlu vəliəhd şahzadə Uilyam 40 illik 740 min dollar kirayə haqqı ödəməlidir. Çünki bu iqamətgahın hüququ onun oğlunun nəzarəti altında olan knyazlığa keçib.
Kral şəxsən Şotlandiyada Balmoral qəsri və kraliçadan miras qalan Sandrinqem evinin sahibidir. Kral həmçinin 12,9 milyard dollarlıq ticarət və kənd təsərrüfatı obyektlərini, o cümlədən Ascot Racecourse və Oval kriket meydançası, üç qolf meydançası, özəl hava limanı və monarxın özəl kilsəsi olan Vestminsterdəki Savoy Kapellasını idarə edir. Vətəndaşlar və turistlər də bəzi mülklərə baş çəkə, icarəyə götürə və qala bilərlər. 56 kottec və bağ evi bu növ xidmət göstərir.
Qeyd edək ki, Bukingem sarayının dəyəri 4,9 milyard dollardır. Windsor Castle 743 milyon dollar, Castle Lancaster 674 milyon dollar, Banket House 296 milyon dollar, Osborne House 19 milyon dollar, House Clarance isə 72 milyon dollar dəyərindədir.