Bakı 4˚C Mostly sunny

Kreml, Zaxarova və Medvedev Zelenskinin bəyanatına reaksiya veriblər

Gündəm 23:35 06 okt, 2022
Kreml, Zaxarova və Medvedev Zelenskinin bəyanatına reaksiya veriblər

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin NATO-nun Rusiya Federasiyasının nüvə silahından istifadə etməsini gözləmədən Rusiya ərazisinə qabaqlayıcı zərbələr endirməsi barədə bəyanatını şərh edib.

Qazet.az xəbər verir ki, Peskov Rusiya mətbuatına müsahibəsində bütün dünya ölkələrini Ukrayna prezidentinin sözlərinə diqqət yetirməyə çağırıb. O, həmçinin vurğulayıb ki, Kiyevin hərəkətlərinə faktiki olaraq ABŞ və Böyük Britaniya rəhbərlik edir və onlar Ukrayna tərəfinin bəyanatlarına görə məsuliyyət daşımalıdırlar.

“Bu cür bəyanatlar gözlənilməz dəhşətli nəticələrlə növbəti dünya müharibəsinə başlamaq çağırışından başqa bir şey deyil”, - Peskov bildirib.

“Bu, prezident Zelenskinin bütün dünya ölkələrinin diqqət etməli olduğu bəyanatıdır. ABŞ, Böyük Britaniya və Aİ ölkələri Zelenskinin bu açıqlamasına xüsusi diqqət yetirməlidir. İlk növbədə, ilk ikisi”, - Kremlin sözçüsü əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Vladimir Zelenskinin bəyanatına cavab olaraq bildirib ki, Qərb nüvə müharibəsini qızışdırır. Onun sözlərinə görə, başa düşmək lazımdır ki, Ukrayna rəhbəri “əlləri planeti məhv edə bilən canavara çevrilib”. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında yazıb ki, Zelenski “öz xalqı və başqaları üçün daha çox problem yaratmazdan əvvəl profilaktik kraniotomiyadan keçməlidir”.

Bu gün səhər saatlarında, oktyabrın 6-da Avstraliyanın Lou İnstitutunda çıxış edən Vladimir Zelenski deyib ki, NATO ölkələri prezident Vladimir Putinin nüvə silahından istifadəsini qeyri-mümkün etmək üçün Rusiyaya “önləyici zərbələr” endirməlidir.