Bakı 19˚C Intermittent clouds

Kremldən "Bayraqdar" həyəcanı - "Qorxularımız təsdiqini tapdı"

Gündəm 19:14 27 okt, 2021

Rusiya Donbasda "Bayraqdar"ların hücumuna münasibət bildirib

Kremldən "Bayraqdar" həyəcanı - <span style="color:red">"Qorxularımız təsdiqini tapdı"</span>

Qorxularımız təsdiqlənir, “Bayraqdar”ların tədarükü neqativ nəticələrə və destabilizasiyaya gətirib çıxara bilər.

Qazet.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bizim Türkiyə ilə həqiqətən xüsusi, yaxşı münasibətlərimiz var, amma hazırkı məqamda bizim qorxularımız təsdiqlənir. Belə növ tədarüklər təmas xəttində situasiyanın potensial destabilizasiyasına gətirib çıxara bilər”, – deyə o bildirib.

Qeyd edək ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Donbas ərazisində ilk dəfə olaraq “Bayraqdar” PUA-sından istifadə edib. “Bayraqdar” atəşkəsi pozan haubitsanı məhv edib.

Haubitsadan açılan atəş nəticəsində isə bir ukraynalı əsgərin öldüyü, digərinin isə yaralandığı bildirilib.

Mənbə