Krım körpüsündəki partlayışla bağlı 5 nəfər həbs edildi
Gündəm
11:30 14 okt, 2022
Simferopol şəhərinin Kiyev Rayon Məhkəməsi Krım körpüsündə baş verən partlayışda iştirak etməkdə şübhəli bilinən 5 nəfər barəsində həbs qərarı çıxarıb.
Qazet.az “TASS”a istinadən xəbər verir ki, söügedən şəxslər dekabrın 8-dək həbsdə qalacaq.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, oktyabrın 8-i Krım körpüsündə baş verən partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi saxlanılıb. Sözügedən şəxslərin isə 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır.