Bakı 2˚C Mostly cloudy

Krım körpüsünün bərpası nə qədər vaxt aparacaq?

Gündəm 23:14 09 okt, 2022
Krım körpüsünün bərpası nə qədər vaxt aparacaq?

Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Vadim Denisenko bildirib ki, Krım körpüsünün bərpası 3 aydan 5 aya qədər çəkə bilər. 

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazır.

O qeyd edib ki, təkcə körpülərin istehsalı Rusiya şirkətlərinə bir aydan çox vaxt aparacaq. Bundan əlavə, tezliklə Kerç boğazında tufanlar mövsümü başlayacaq. Bu, təmiri qeyri-mümkün edəcək.

"Ona görə də körpünün 3-5 aydan tez olmayan müddətdə bərpa olunacağını söyləmək realdır. Mən yol yatağını nəzərdə tuturam", - Denisenko bildirib.