Kriptovalyutaların qiymətləri düşdü
Biznes
16:08 16 noy, 2021
“Bitcoin”in qiyməti 4%-dən çox düşüb
![Kriptovalyutaların qiymətləri düşdü](https://qazet.az/resized/fit900x500/center/pages/36698/1366f5b9-be75-46d4-be8a-11d311510bf1.jpeg)
“Bitcoin”in qiyməti 4%-dən, “Eterium”un qiyməti isə 5 %-dən çox düşüb.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden kriptovalyuta vergisinə toxunan ikitərəfli infrastruktur qanun layihəsini imzalayıb. Qanun 2024-cü ilə qədər qüvvəyə minməsə də, brokerlərdən mənfəətləri və müştəriləri haqqında məlumat vermələrini tələb edəcək.
“Bitcoin” Şərq vaxtı ilə (ET) 22:48-də 4,64 % azalaraq 60 792 dollara satılıb, “Eterium” isə 5,43 % ucuzlaşaraq 4 316 dollara düşüb.