Kriştianu Ronaldu antirekorda imza atıb
Gündəm
11:51 15 noy, 2021
Təcrübəli forvard karyerasında ilk dəfə mundialların seçmə matçında belə halla üzləşib
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu antirekorda imza atıb.
Qazet.az "Squawka" nəşrinə istinadən xəbər verir ki, 36 yaşlı hücumçu Serbiyaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda çərçivəyə zərbə endirə bilməyib.
Təcrübəli forvard karyerasında ilk dəfə mundialların seçmə matçında belə halla üzləşib.
Qeyd edək ki, rəqibinə qalib gələn Serbiya yığması DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Portuqaliya isə pley-offda iştirak edəcək.