Bakı 27˚C Windy

Kristina Orbakayte Bakıda konsert verəcək

Gündəm 16:25 10 okt, 2022
Kristina Orbakayte Bakıda  konsert verəcək

Noyabrın 14-də tanınmış rusiyalı müğənni, aktrisa Kristina Orbakayte Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Qazet.az xəbər verir ki, Bakı konsertində Kristina Orbakayte həm yeni mahnılarını, həm də ötən illərin xitlərini səsləndirəcək.  

Zərifliyi, çoxşaxəli yaradıcılığı ilə seçilən Kristina Orbakayte gənc yaşlarından artıq tamaşaçıların rəğbətini qazana bilib. Onun artistliyi, istedadı və hər biri böyük məhəbbət hekayəsi olan mahnıları tamaşaçıların qəlbinə yol tapıb. Orbakaytenin zəngin repertuarına müxtəlif janrlarda mahnılar daxildir. Kristina Orbakayte, həmçinin bir sıra filmlərdəki rolları, o cümlədən “Müqəvva” (“Чучело”) filmindəki rolu ilə məşhurlaşıb.     

Konsertə biletləri iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.