Bakı -2˚C Showers

Kristina Ricci iki ildən sonra rəsmən boşandı - FOTO

Maraqlı 18:32 15 dek, 2022
Kristina Ricci iki ildən sonra rəsmən boşandı - FOTO

"Uensdey"nin aktrisası Kristina Ricci fiziki zorakılıqda ittiham etdiyi həyat yoldaşı, prodüser Ceyms Herdegendən rəsmən boşanıb.

Qazet.az xəbər verir ki, 2 il davam edən boşanma prosesinin nəticəsində məhkəmənin qəbul etdiyi qərara əsasən, Kristina Kaliforniyadakı evin yeganə sahibidir. Lakin ikili Nyu-Yorkdakı ümumi mənzillərinin satışından əldə olunan pulu bölüşəcəklər. Bunun qarşılığında Ceyms "Subaru" avtomobilini özündə saxlayacaq və keçmiş həyat yoldaşından 189 687 dollar məbləğində birdəfəlik ödəniş alacaq.

İkili səkkiz yaşlı oğulları Freddinin qəyyumluğunu paylaşacaqlar. Kristinanın uşağın təhsili ilə bağlı qərar verərkən həlledici söz sahibi olacağı, həmçinin onun bütün müalicə xərclərini şəxsən qarşılayacağı bildirilir.

Qeyd edək ki, 42 yaşlı Kristina ərini məişət zorakılığında ittiham edərək 2020-ci ildə boşanmaq üçün məhkəməyə müraciət edib. 2021-ci ilin oktyabrında aktrisa Mark Hemptonla münasibətə başlayıb və iki aydan sonra onların Kleo adlı bir qızı dünyaya gəlib.

Kristina Ricci iki ildən sonra rəsmən boşandı - FOTO