Bakı 4˚C Cloudy

Kritik həftəyə daxil oluruq - Merkeldən İran xəbərdarlığı

Siyasət 11:25 11 okt, 2021

İranın nüvə proqramı ilə bağlı situasiya həlledici həftəyə daxil olur

Kritik həftəyə daxil oluruq - <span style="color:red">Merkeldən İran xəbərdarlığı</span>

İranın nüvə proqramı ilə bağlı situasiya həlledici həftəyə daxil olur.

Qazet.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel İsrailə səfəri zamanı yerli mediaya müsahibəsində deyib.

“Biz İranın uranı necə zənginləşdirməsini müşahidə etdiyimiz zaman bu məsələ təxirəsalınmaz xarakter alır”, - Merkel qeyd edib.

O bildirib ki, İranla imzalanan nüvə sazişini heç vaxt ideal hesab etməyib, buna baxmayaraq, Tehranın nüvə silahı əldə etməsinə imkan verməmək üçün daha yaxşı yol yoxdur:

“Danışıq aparılmayan hər gün İran uranın zənginləşdirilməsini genişləndirir. Bu öz-özlüyündə kritik situasiyadır.

Bu məsələ ilə bağlı həlledici həftə gəlir. Hesab edirəm ki, əsas məsuliyyət Rusiya və Çinin üzərindədir”.

Mənbə