Bakı 22˚C Sunny

KTM-in baş infeksionisti yeni ştamlara qarşı əhalini buster doza vurdurmağa çağırıb

Gündəm 17:08 10 dek, 2021

"Xəstəliyi keçirən, peyvənd olunan şəxslərin müəyyən müddətdən sonra immun cavab azalmağa başlayır".

KTM-in baş infeksionisti yeni ştamlara qarşı əhalini buster doza vurdurmağa çağırıb

"Xəstəliyi keçirən, peyvənd olunan şəxslərin müəyyən müddətdən sonra immun cavab azalmağa başlayır".

Qazet.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov deyib.

“Koronavirusun bütün ştamlarına qarşı müəyyən müddət sonra yoluxma ehtimalımız artır. Ona görə də yoluxma ehtimalımızı azaltmaq üçün buster doza ilə dayanıqlığı artırmalıyıq. Koronavirus 80 faiz hallarda həkim müayinəsinə və xəstəxanada müalicəyə ehtiyac olmadan öz-özünə sağalan xəstəlikdir, 20 faiz hallarda isə hospitalizasiyaya ehtiyac olur”, - o bildirib.

F.Sədirov vurğulayıb ki, peyvənd olunan şəxslər virusa daha az yoluxur, yaxud yoluxsalar da yüngül keçirirlər: "Bunu bütün dünya deyir və praktikada da görürük. Peyvənd olunmmayan şəxslərin xəstəxanaya, reanimasiyaya düşmə və həyatını itirmə ehtimalı dəfələrlə çoxdur".