KTMT-dən Ermənistanla bağlı QƏRAR
Gündəm
22:22 27 noy, 2022
![KTMT-dən Ermənistanla bağlı QƏRAR](https://qazet.az/resized/fit900x500/center/pages/126482/20jpg-1669572729.jpg)
KTMT Ermənistana yardım üçün tam tədbirlər kompleksini, o cümlədən vəziyyəti qiymətləndirmək üçün Azərbaycanla sərhədə missiya göndərməyi təklif edib.
Qazet.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Stanislav Zas deyib.
"Vəziyyət sadə deyil, Ermənistan - Azərbaycan sərhədində, demək olar ki, hər gün atışmalar baş verir. Ümumiyyətlə, KTMT-nin Ermənistana yardım kimi təklif etdiyi tədbirlər kompleksində tədbirlər fərqlidir: siyasi-diplomatik, hərbi, sərhədə missiyanın göndərilməsi... Bunlar vəziyyəti real olaraq dəyərləndirməyə imkan verəcək”, - Zas bildirib.