KTMT əfqan qaçqınlarına üz çevirdi - "Yer yoxdur"
Gündəm
11:23 16 sen, 2021
KTMT qapılarını Əfqanıstan qaçqınlarının üzünə bağladı
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin ərazisində Əfqanıstandan qaçqınlar, eləcədə ABŞ və NATO hərbi bazaları olmayacaq.
Qazet.az "Sputnik Tacikistan"a istinadən xəbər verir ki, belə bir bəyanatla həmin dövlətlərin nümayəndələri birgə iclas zamanı çıxış ediblər.
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr Əfqanıstanda yerləşən ABŞ və NATO hərbi bazalarının öz ərazilərində yerləşdirilməsinə razı deyil", - deyə onlar bildiriblər.
Həmçinin, təşkilata üzv dövlətlər amerikalılarla əməkdaşlıq edən Əfqanıstan vətəndaşlarını da qəbul etməkdən imtina edib. Lakin qadağa təcili humanitar yardıma ehtiyacı olan əfqanlara şamil edilmir.