Bakı 5˚C Intermittent clouds

Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Gündəm 00:15 07 yan, 2023
Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

“Özümü azərbaycanlı kimi hiss edirəm”.

Bunu Qazet.az-a müsahibəsində Azərbaycan millisinin Kuba əsilli boksçusu Alfonso Dominges deyib.

2017-ci ildə Azərbaycan çempionatında debüt edən, bir il sonra yığmaya dəvət alan 28 yaşlı idmançı burada özünü evindəki kimi hiss etdiyini bildirib: “Artıq uzun müddətdir Azərbaycanda yaşayıram. Bu ölkə ilə bağlı fikirlərim müsbətdir. Azərbaycanın mədəniyyətinə, mentalitetinə heyranam. Çox gözəl mədəniyyətə malik qonaqpərvər xalqdır. Şəhərdə gəzəndə mənə qarşı əsl qonaqpərvər münasibət göstərirlər”.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı bildirib ki, karyerasını bitirdikdən sonra da Azərbaycanda qalacaq: “Karyeramı hələ davam etdirmək istəyirəm. Nə vaxt boksdan ayrılmağa qərar versəm, harada yaşayacağımızı yoldaşımla birlikdə müzakirə edəcəyik. Açığı, Kubaya köçməyi düşünmürəm, Azərbaycanda qalmağı planlaşdırıram. Çox güman ki, karyeramı bitirdikdən sonra da Azərbaycanda yaşayacağıq”.

Son dünya çempionu Azərbaycan mətbəxi ilə arasının yaxşı olduğunu da sözlərinə əlavə edib: “Yoldaşımın bişirdiyi yeməklərdən dolmanı, aşı çox xoşlayıram. Özümün də dadlı yeməklər bişirmək qabiliyyətim var”.

Alfonso Domingesin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.