Bakı -3˚C Windy

Kubokun iştirakçıları müəyyənləşdi

İdman 16:10 20 sen, 2022
Kubokun iştirakçıları müəyyənləşdi

Azərbaycan Kubokunda 2022/2023-cü illər mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Qazet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarışda Premyer Liqanın 10 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” mübarizə aparacaq.

Azərbaycan Kubokunun püşkatma mərasimi oktyabrın 19-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.