Kukla teatrının direktoru işdən çıxdı
Gündəm
17:26 11 yan, 2023

Qax Kukla Teatrının direktoru Seymur Vəliyev işdən çıxıb.
Qazet.az xəbər verir ki, bu barədə medianın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd olunub ki, S.Vəliyevin əmək müqaviləsinə müqavilə müddətinin bitməsi ilə əlaqədar xitam verilib.