Bakı 2˚C Mostly cloudy

Kuleba Borrellə Ukrayna-Aİ sammitinə hazırlığı müzakirə edib

Gündəm 02:28 07 yan, 2023
Kuleba Borrellə Ukrayna-Aİ sammitinə hazırlığı müzakirə edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel telefonla Ukrayna-Avropa İttifaqı sammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Qazet.az xəbər verir ki, bu barədə Kuleba tviterdəki hesabında yazıb.

"Josep Borrellə ​​zəngləşdim və fevralın 3-də keçiriləcək Ukrayna-Aİ sammitinə hazırlığı ətraflı müzakirə etdim. Biz gözləntilərimizi açıqladıq və diqəti onun uğurunu təmin edəcək formata yetirdik", - Ukraynanın xarici siyasət idarəsinin rəhbəri yazıb.

Eyni zamanda Kuleba əlavə edib ki, Aİ diplomatiyasının rəhbəri ilə hərbi yardım, sanksiyalar və İran-Rusiya əməkdaşlığını müzakirə edib.

Bundan əvvəl Ukrayna Prezidentinin Ofisi məlumat yayıb ki, yanvarın 6-da ölkə Prezidenti Volodimir Zelenski bu il ilk dəfə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə telefonla danışıb. Liderlərin müzakirə etdiyi məsələlərdən biri də növbəti Ukrayna-Aİ sammitinə hazırlıq olub.