Bakı 9˚C Mostly cloudy

Kür çayından ölkəyə daxil olan su 27 faiz azalıb

Gündəm 14:30 05 iyl, 2022

Beynəlxalq konfransda bildirilib

Kür çayından ölkəyə daxil olan su 27 faiz azalıb

Kür çayından ölkəyə daxil olan su son 10 ildə 27 faiz azalıb.

Qazet.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva "İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransındakı çıxışı zamanı deyib.

O qeyd edib ki, Kür çayında sululuq göstəricisi 1961-1990-cı illərdə 273, 1991-2011-ci illərdə 252, 2011-2020-ci illərdə isə 200 m³/san olub.