Bakı 6˚C Mostly cloudy

Kürdəmir və Hacıqabulda qardaşlar 14 500 manatlıq elektrik naqilləri oğurlayıb

Hadisə 12:07 15 dek, 2021

Hazırda həmin şəxslərin digər anoloji cinayətləri törətməsi istisna edilmədiyindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

Kürdəmir və Hacıqabulda qardaşlar 14 500 manatlıq elektrik naqilləri oğurlayıb

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin və Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yollarında istifadə olunan yüksək gərginlikli, dövlətə məxsus elektrin naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qazet.az-a bildirilib ki, Qaradağ rayon sakinləri - İlqar, Azər və Qurban Mövlanov qardaşları cari ilin müxtəlif vaxtlarında dəmir yolunun Kürdəmir və Hacıqabul rayonlarından keçən hissəsində qatarların hərəkəti üçün nəzərdə tutulan, yüksək gərginlikli elektrik naqillərini kəsərək oğurlayıb, daha sonra həmin naqilləri bakı şəhərinə apararaq orada satıblar.

Dövlətə məxsus, ümumi dəyəri 14 500 manat olan olan elektrik naqillərini oğurlamaqda şübhəli bilinən qardaşlar saxlanılaraq istintaqa təhvil verilib, hazırda həmin şəxslərin digər anoloji cinayətləri törətməsi istisna edilmədiyindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.