Kürdəmirdə bacısını qətlə yetirən şəxsə cinayət işi açılıb
Şübhəli şəxs qismində qardaşı istintaqa cəlb edilib
![Kürdəmirdə bacısını qətlə yetirən şəxsə cinayət işi açılıb](https://qazet.az/resized/fit900x500/center/pages/25555/961c385e-03d4-4b5c-a034-b76e1c15a6fd.jpeg)
Kürdəmir rayonunda bacısını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb.
Bu barədə Qazet.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini, 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.