Bakı 22˚C Mostly sunny

Kürdəmirdə ətraf mühiti çirkləndirənlər cərimələnib

Cəmiyyət 17:31 17 dek, 2021

Polis əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması istiqamətdə tədbirlər davam etdirilir

Kürdəmirdə ətraf mühiti çirkləndirənlər cərimələnib

Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.

Daxili işlər nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Qazet.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən dekabr ayının 1-dən bu günə qədər şəhər mərkəzində, eləcə də bir neçə kənd ərazisində keçirilən tədbirlər zamanı bəzi şəxslərin məişət tullantılarını urnalardan kənara, eləcə də müəyyən edilməyən yerlərə atdıqları müəyyən edilib.

Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 14 vətəndaş barəsində inzibati xətalar məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub. Həmin şəxslərin hər biri 50 manat məbləğində cərimələniblər.

Polis əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması istiqamətdə tədbirlər davam etdirilir.