Bakı 20˚C Partly sunny

Kürdəmirdə Nar Sərgi-Satış Yarmarkası keçirilib

Gündəm 17:12 06 okt, 2021

Tədbirdə həmçinin nar müsabiqəsi də keçirilib

Kürdəmirdə Nar Sərgi-Satış Yarmarkası keçirilib

Kürdəmir, Ucar, Göyçay, Hacıqabul, İmişli, Saatlı və Sabirabad rayonlarından olan nar istehsalçıları və alıcıları Nar Sərgi-Satış Yarmarkasında iştirak ediblər.

Qazet.az xəbər verir ki, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri və digər nar istehsalçıları ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Özəl Sektorun İnkişafı (PSA) layihəsinin maliyyə dəstəyi və Avropa Birliyinin Narçılıq Dəyər Zəncirində Üstün Keyfiyyətin Əldə Edilməsi və Dəyişikliklərə Dəstək (STEP) layihəsinin təşkilati dəstəyilə yarmarkada bir araya gəliblər. Tədbirin əsas məqsədi potensial nar istehsalçıları və alıcılarını eyni məkanda bir araya gətirərək onlar arasında əlaqə yaratmaqla uyğun və şəffaf satış mühiti yaratmaq olub. Yarmarkada iştirak edən istehsalçılar və istehsal vasitələrinin təchizatçıları öz məhsullarını nümayiş edərək ən əlverişli qiymətə satmaq imkanı əldə ediblər.

Tədbirdə həmçinin nar müsabiqəsi də keçirilib. Belə ki, nümayiş olunan nar meyvələrinin xarici görünüşünə əsasən ən yüksək keyfiyyətli məhsul istehsal edən 3 qalib seçilib və tanıdılıb. Qaliblərə peşəkar budama alətləri hədiyyə edilib.

Tədbirin təşkilatçıları qabaqcıl nar istehsalı qaydalarından bəhs edən təlimat vəsaitlərini və kitabları sektor iştirakçılarına paylayıb. Bundan başqa, Avropa Birliyinin STEP layihəsinin rəhbərliyi altında fermerlərə və ticarətçilərə ümumi marketinq məsələləri üzrə seminar keçirilib.

Kürdəmir şəhərinin Köhnə Bazar ərazisində keçirilmiş yarmarkada istehsal vasitələrinin təchizatçıları, yeşik istehsalçıları, laboratoriya işçiləri və digər aqrar sahibkarlar iştirak ediblər. Tədbirdə iştirak edən Kənd Təsərrüfat Nazirliyinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, eləcə də Kürdəmir Rayon İcra Hakimiyyətinin Kənd Təsərrüfatı Şöbəsinin rəhbəri fermerlərlə görüşərək narçılıq dəyər zəncirində yaranmış çətinliklər və imkanlar barədə daha çox məlumat əldə ediblər. Tədbirdə həmçinin yerli və beynəlxalq kənd təsərrüfatı təşkilatlarının bəzi nümayəndələri də iştirak ediblər.

Bundan başqa, tədbirə Gəncə şəhərindən dəvət olunmuş qida mütəxəsisləri fermerlərə narın xarici ölkələrə göndərilməsi üçün hansı qaydada yığılması, qablaşdırılması və sair məsələlərdə izah olundu.

Fermerləri əsasən narahat edən məslələrdən biridə su ilə bağlı oldu beləki, bu il suvarma suyunun az olması məhsuldarlığında öz təsirini göstərib.Eyni zamanda narçı fermerlər Azərbaycan narının xarici ölkələrə çixişinda da çətinliyin olduğunu diqqətə çatdırdılar.

ANİİA-nın İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib ki, qaldırılan çətinliklərlə bağlı Assosasiya olaraq fermerlərin çətinliklərinin aradan qaldırılması istiqamətində əlimizdəm gələn köməyi etməyə çalışırıq.

İstehsal edilən narın ümumi göstəricilərinə görə keçirilən müsabiqədə Kürdəmirli fermer Qəhrəman Rüstəmov 1-ci yer, Saatlı fermeri Vüqar Xəlilov 2-ci, Sabirabadlı fermer Elxan Əhmədov isə 3-cü yerə layiq görülərək mükafanlandılr.