Kürdəmirdə üç ay əvvəl qətl törədən şəxs tutulub
Gündəm
14:54 04 noy, 2021
Atakişili kənd sakini R.Cəfərov tutularaq istintaqa təhvil verilib

Kürdəmir rayonunda qətl törədən şəxs saxlanılıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il avqustun 6-da şəhər sakini, 61 yaşlı Xanımqız Bədəlovanı küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Atakişili kənd sakini R.Cəfərov tutularaq istintaqa təhvil verilib.