Bakı 23˚C Partly sunny

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Gündəm 14:34 30 noy, 2021

Hazırda faktla bağlı araşdırmalara başlanılıb

Kürdəmirdə yol qəzası baş verib, xəsarət alanlar var

Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi olub.

Qazet.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində baş verib.

Eyni istiqamətdə hərəkətdə olan "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hadisənin dəqiq səbəbləri aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırmalara başlanılıb.