Kurts istefa verdi: Rusiya nədən ehtiyatlanır?
Siyasət
12:03 10 okt, 2021
Kurtsun istefasından sonra hökumətin Rusiya və Şimal Axını-2 ilə bağlı mövqeyi dəyişməyəcək
Avstriya Baş naziri Sebastian Kurtsun istefasından sonra hökumətin Rusiya və Şimal Axını-2 ilə bağlı mövqeyi dəyişməyəcək.
Qazet.az axar.az-a istinadən xəbər verir ki, bunu Vyana Universitetinin Avrasiya Araşdırmaları Mərkəzinin elmi koordinatoru, Təhlükəsizlik Siyasəti İnstitutunun direktoru Aleksandr Dubovi deyib.
"Xarici işlər naziri Aleksandr Şellenberq kansler səlahiyyətlərini icra etsə də, bu, Avstriyanın xarici siyasətinə heç bir şəkildə təsir etməyəcək. Avstriya Xalq Partiyası daxilində çox şey dəyişməyib, hələ də Sebastian Kurts rəhbərlik edir. Avstriya hökumətinin Rusiya və Şimali Axını-2 ilə əlaqəsi indiki kimi qalacaq", - A.Dubovi söyləyib.