Kütləvi balina ölümü qeydə alındı
Avstraliyanın Tasmaniya əyalətindəki çimərliklərdən birində 14 gənc balina kütləvi şəkildə ölü tapılıb.
Qazet.az xəbər verir ki, balina cəsədləri yerli sakinlər tərəfindən Kinq adasında aşkar edilib.
Bu barədə səlahiyyətli şəxslərə məlumat verilib.
Tasmaniyada balinaların sahilə çıxması bundan öncə də qeydə alınıb və buranı "qaynar nöqtə" adlandırırlar.
Dünya miqyasında həssas hesab edilən bu balina növü 18 m-ə qədər böyüyə və 45 tona qədər çəkiyə çata bilirlər.
"Bütün balinaların sahilə çıxması sirr olaraq qalır. Onların niyə baş verdiyini dəqiq bilmirik" - deyə alim Vanessa Pirotta bildirib.
O əlavə etdi ki, balinalar "yanlış istiqamətlənmiş", xəstə və ya yönünü itirmiş bir liderin ardınca getməsi, suyun dayazlığı səbəbindən sahilə çıxması güman olunur.