Bakı 19˚C Mostly sunny

Küveyt dövləti 12 nəfərin həbs müddətini uzadıb

Gündəm 15:57 30 noy, 2021

Küveyt baş prokurorluğundan eyni ittihamla başqa şəxslərin də saxlanıldığı bildirilib

Küveyt dövləti 12 nəfərin həbs müddətini uzadıb

Küveyt məhkəməsi Hizbullahı maliyyə yardımı ilə təmin etməkdə ittiham olunan 12 nəfər şəxsin məhkəmə prosesini davam etdirib. 

Qazet.az ərəb mənbələrinə istinadən xəbər verir ki, məhkəmə hakimi onların azad edilməsilə bağlı qaldırılan vəsatəti təmin etməyib və  12 nəfər şəxsin  həbs müddətinin uzadılması ilə bağlı qərar çıxarıb. 

Qeyd edək ki, cinayətdə ittiham olunanlar özlərini ittiham aktı üzrə təqsirkar bilməyiblər.