Bakı 10˚C Sunny

Küveyt əmiri vəliəhdinə yeni səlahiyyətlər verib

Gündəm 12:35 17 noy, 2021

Bu hadisə Küveyt dövlətinin baş nazirinin istefa ərizəsinin qəbulundan bir neçə saat sonra baş verib

Küveyt əmiri vəliəhdinə yeni səlahiyyətlər verib

Küveyt əmiri Nəvvaf Əl-Əhməd Əl-Cabir Əl-Səbbah ölkənin vəliəhdi Məşəl Əl-Əhməd Əl-Cabir Əl-Səbbaha əmirin səlahiyyətlərinə aid olan qərarların verilməsinə icazə verib.

Qazet.az rəsmi ərəb mənbələrinə istinadən xəbər verir ki, Küveyt əmiri Nəvvaf Əl-Əhməd Əl-Cabir Əl-Səbbah bu məsələ ilə bağlı xüsusi fərman imzalayıb.

Bu fərmanla ölkənin vəliəhdi Məşəl Əl-Əhməd Əl-Cabir Əl-Səbbah baş nazir və nazirlərin vəzifəyə təyin olunması və vəzifədən kənarlaşdırılmasında səlahiyyətli olacaq.