Küveyt hökuməti istefa verdi
Gündəm
17:25 08 noy, 2021
Küveyt hökuməti öz istefasını bu ölkənin əmirinə təqdim edib.
“Əl-Qəbəs” qəzeti yazır ki, Küveyt hökuməti öz istefasını bu ölkənin əmirinə təqdim edib.
Qazet.az adıçəkilən mənbəyə istinadən xəbər verir ki, bu istefa bugün Kuveyt hökumət üzvlərinin iclasından bir neçə dəqiqə sonra verilib.
“Routers” bildirir ki, Küveyt hökuməti parlamentdə etirazçı deputatlarla münaqişə vəziyyətindədir. Parlament üzvləri baş nazir Səbbah Əl-Xalid Əl-Səbbaha impiçment elan olunması üçün israr edirlər.