Bakı 17˚C Windy

Küveyt təyyarəsi bomba xəbərdarlığına görə Türkiyədə təcili eniş edib

Gündəm 16:31 07 okt, 2021

Sərnişinlər təyyarədən tək-tək yoxlanaraq buraxılıb

Küveyt təyyarəsi bomba xəbərdarlığına görə Türkiyədə təcili eniş edib

Küveytin "Jazeera Airways" aviaşirkətinə məxsus təyyarə Türkiyənin bomba xəbərdarlığı ilə əlaqədar Trabzon şəhərinin hava limanında təcili eniş edib.

Qazet.az-ın məlumatına görə, hava limanına çoxlu sayda polis qüvvələri cəlb olunub. Aeroport müvəqqəti olaraq bağlanıb.

Qeyd olunur ki, sərnişinlər təyyarədən tək-tək yoxlanaraq buraxılıb. Partlayıcı maddə mütəxəssisləri təyyarədə axtarış aparıb.

İlkin məlumatlara əsasən, təyyarədə partlayıcı maddə aşkar edilməyib.